Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2023 16:02
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) və İstanbul polisi tərəfindən şəhərdə keçirilən əməliyyatda İraq Şam İslam Dövləti (İŞİD) təşkilatının partlayıcılar üzrə mütəxəssisi olan Əhməd Casim Abdullah tutulub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 43 yaşlı terorçu partlayıcı qurğularla birlikdə yaxalanıb.
Onun Türkiyədə terror aktları hazırladığı bildirlib.
Hüquq-mühafizə orqanları tərəfindən dindirilən Abdullah həbs edilib.
Hazırda onun ifadələri əsasında istintaq aparılır.