Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Van Damın azərbaycanlı gəlininin ÖZƏL ANLARI: "Bunu ərimlə birlikdə yaşamaq..." - VİDEO - FOTO

Van Damın azərbaycanlı gəlininin ÖZƏL ANLARI:

Tarix: 12 Noyabr 2023 19:55

"Gözəl konsert, yalnız şam işıqları (bunlar idarə olunan şamlardır, ona görə də super təhlükəsizdir!), bəzi insanlar Hallouin kostyumları geyinir, bəzi insanlar bahalı, bəziləri isə sadəcə özləri olur, geyim kodu yoxdur, çox rahat. Gözəl layihə bizə belə unudulmaz bir gecə yaşatdı. Və bu, Kristofer ilə mənim birlikdə olduğumuzdan bəri getdiyimiz ilk klassik konsert oldu. Tezliklə yenidən onların konsertinə gedəcəyik, səbirsizliklə gözləyirəm!"

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri dünya şöhrətli aktyor Jan-Klod Van Damın oğlu Kristofer Van Damla ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə sosial mediada yazıb.

Amerikada yaşayan musiqiçi bildirib ki, pandemiya dövründə konsert proqramları qadağan olduğu üçün uzun müddət musiqiyə həsrət qalıb. Musiqiçi həmçinin şamlar əhatəsində dinlədiyi klassik musiqi gecəsi barədə təəssüratlarını bölüşüb:

"Musiqi Akademiyasını bitirdikdən sonra pandemiya oldu və bunun necə keçdiyini hamımız bilirik... Bütün tədbirlər ləğv edildi, konsertlər, teatrlar... Mənim üçün çətin idi, çünki hər cümə günü Filarmoniyadakı klassik konsertlərə tələbə biletimlə getməyə öyrəşmişdim. Musiqi Akademiyası tələbələri üçün giriş pulsuzdur. Akademiya daxilində və müxtəlif məktəblərdə həftə ərzində fasiləsiz olaraq konsertlərimiz olurdu. Həmçinin heç bir konsertimiz olmayanda, kiçik bir sinif otağında bunu bir qrup tələbə dostlar ilə özümüz reallaşdırardıq və bu, çox əyləncəli idi! Odur ki, çox uzun müddətdən sonra Şam İşığı konsertinə qayıdıb bu dünyanı bu dəfə ərimlə birlikdə yaşamaq mənim üçün həqiqətən heyrətamiz bir xatirə və təcrübə oldu. Hər anını sevdim", - Suada Hacızadə qeyd edib.

Qeyd edək ki, uşaqlıqdan musiqi ilə məşğul olan Suada Hacızadə Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrləri ilə konsert proqramlarında çıxış edib. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub. Suada Hacızadə həm də Prezident mükafatçısıdır.

Milli.Az


Etiketlər:  Van Damın azərbaycanlı gəlininin ÖZƏL ANLARI Bunu ərimlə birlikdə yaşamaq VİDEO FOTO


RƏYLƏR