Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2023 21:10
Misir hakimiyyəti HƏMAS hərəkatının yaxın günlərdə bir neçə girovu azad edəcəyi barədə İsraili məlumatlandırıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Əl Ərəbiyyə" məlumat yayıb.
Kanalın həmsöhbətlərinin sözlərinə görə, İsrail tərəfi HƏMAS-ın girovların ilk qrupunu azad edənə qədər Qəzza zolağında hər hansı atəşkəs və əraziyə yanacaq tədarükündən imtina edib.
Qeyd edək ki, bundan öncə "Röyters" agentliyi HƏMAS hərəkatının "Əş-Şəfa" xəstəxanası ətrafında yaranmış vəziyyətlə əlaqədar girovların azad edilməsi ilə bağlı danışıqları dayandırması barədə məlumat yaymışdı.