Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''da 5 ayrılıq birdən!

''Qalatasaray''da 5 ayrılıq birdən!

Tarix: 13 Noyabr 2023 17:00

 "Qalatasaray" klubu uyğun transfer təklifi alsa, 5 futbolçusu ilə yollarını ayırmağı düşür.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, danimarkalı Viktor Nelssonun qışda komanda ilə vidalaşması gözlənilir. Futbolçu ilə "Arsenal" və "Tottenhem" klubları maraqlanır. 

Klub gözləntiləri qarşılamayan Sedrik Bakambu ilə də yollarını ayıracaq. Mauro İkardinin əvəzedicisi olaraq transfer edilən hücumçu ümidləri doğrultmayıv. 

Portuqal oyunçu Serjio Olivieyra da gedəcəklər siyahısındadır. Okan Burukun planlarında yer almayan 31 yaşlı oyunçu ilə "Selta Viqo" klubu maraqlanır. 

İngiltərə Premyer Liqası klublarının diqqətində olan Saşa Boey də yaxşı təklif qarşılığında "Cim-Bom"dan ayrılacaq. Türkiyə millisinin üzvü Barış Alper Yılmaz da Avropa klublarının, xüsusilə "Milan" klubunun maraq dairəsindədir. 

Milli.Az


Etiketlər:  Qalatasarayda ayrılıq birdən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ