Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail Ordusu bu obyektlərə yeni zərbələr endirdi

İsrail Ordusu bu obyektlərə yeni zərbələr endirdi

Tarix: 14 Noyabr 2023 21:46

İsrail Müdafiə Ordusu Livan ərazisində hərbi obyektlərə yeni cavab zərbələri endirib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.

Bildirilib ki, noyabrın 14-də səhər saatlarında İsrailin şimalındakı Marqaliot, Ərəb əl-Aramşe, Yiftah, Şomera və Mattat bölgələrində Müdafiə Ordusunun mövqeləri tank əleyhinə raketlər və minaatanlardan atəşə tutulub.

Məlumata görə, İsrailin Müdafiə Ordusu öz növbəsində Livandakı hücumların başladığı yerləri hədəfə alaraq "Hizbullah" qruplaşmasının mövqelərinə də zərbələr endirib.

İnformasiyaya əsasən, İsrailə məxsus tank Livandan Yiftah yaşayış məntəqəsinə tank əleyhinə raketlər atmağa çalışan bir qrup silahlıya hücum edib.


Etiketlər:  İsrail Ordusu obyektlərə yeni zərbələr endirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ