Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karyerası alınmadı, amma həyatda doğru seçim etməyi bacardı - FOTOlar

Karyerası alınmadı, amma həyatda doğru seçim etməyi bacardı - FOTOlar

Tarix: 15 Noyabr 2023 01:32

Daniele Ruqani İtaliya futbolunun böyük istedadlarından biri hesab edilirdi. Onun "Yuventus"un və İtaliya millisinin gələcək simalarından biri olacağı gözlənilirdi.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ancaq Ruqani özünü doğrultmadı. "Qoca sinyora"nn əsas heyətinə düşməkdə çətinlik çəkən müdafiəçi karyerasının bir hissəsini icarələrdə keçirib. 29 yaşlı Daniele artıq "Yuve"nin sıradan futbolçulardan biri hesab edilir. Yaşını nəzərə alsaq, onun "partlamaq" ehtimalı qeyri-mümkündür.

Ruqaninin karyerası istədiyi kimi olmasa da, şəxsi həyatda bəxti gətirib. Mikela Persiko daim onun yanında olub. Mikela futbolçunun həyatındakı ən doğru seçim olaraq qiymətləndirilir.

32 yaşlı idman jurnalisti hazırda İtaliya kanallarından birində işləyir. O, həmçinin fitneslə fəal məşğul olur. Eyni zamanda moda brendləri ilə əməkdaşlıq edir.

Milli.Az


Etiketlər:  Karyerası alınmadı amma həyatda doğru seçim etməyi bacardı FOTOlar


RƏYLƏR