Tarix: 6 May 2019 00:28
Almaniya bundesliqasında 32-ci tura yekun vurulub.Qol.az-ın məlumatına görə, son oyun günündə 3 görüş keçirilib. "Şalke" - "Auqsburq" oyununda hesab açılmayıb. "Frayburq" - "Fortuna" matçında heç-heçə qeydə alınıb - 1:1.
Turun son oyununda isə qapılara 7 qol vurulub. "Bayer" doğma meydanda "Ayntraxt"ı 6:1 hesabı ilə məğlub edib.
5 may
"Şalke" - "Auqsburq" - 0:0
"Frayburq" - "Fortuna" - 1:1
Qollar: V. Qrifo, 9-penalti (1:0), V. Kovnatski, 31 (1:1)
"Bayer" - "Ayntraxt" - 6:1
Qollar: K. Haverts, 2 (1:0), Y. Brant, 13 (2:0), F. Kostiç, 14 (2:1), L. Alario, 23 (3:1), Ç. Aranquiz, 28 (4:1), L. Alario, 34 (5:1), M. Hinterreqer, 36-avtoqol (6:1)
Qeyd edək ki, bu qələbədən sonra xallarını 54-ə çatdıran "Bayer" 5-ci pilləyə yüksəlib. Eyni xala sahib "Ayntraxt" 4-cüdür. "Fortuna" 41 xalla 10-cu, "Frayburq" 33 xalla 13-cü, "Auqsburq" 32 xalla 14-cü, "Şalke" 31 xalla 15-ci sıradayer alıb. Turnir cədvəlinə isə74 xalla "Bavariya" başçılıq edir. Münhen klubundan 4 xal geri qalan Dortmund "Borussiya"sı 2-cidir.