Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2023 12:58
"Ermənistanın hərbi xərclərinin artırılması müharibəyə deyil, sülhə hazırlıqdır".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Çünki təhlükəsizlik sülh və sabitliyin ən vacib təminatıdır. Əminəm ki, qonşu ölkələr İrəvanın heç kəsə hücum etmək niyyətində olmadığını anlayırlar", - deyə Paşinyan qeyd edib.
O, həmçinin 2018-ci illə müqayisədə Ermənistanın müdafiə xərclərinin iki dəfədən çox artırılacağını bildirib.