Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metyu Perrinin mesajlarından danışdı: “Həyatı sözün əsl mənasında bundan asılı idi…” - FOTO

Metyu Perrinin mesajlarından danışdı: “Həyatı sözün əsl mənasında bundan asılı idi…” - FOTO

Tarix: 17 Noyabr 2023 10:20

Məşhur "Friends" serialında canlandırdığı Çandler Bing obrazı ilə yaddaşlara həkk olunan Metyu Perrinin qəfil ölümündən sonra həmkarları onunla bağlı birgə açıqlama yayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Metyu Perrinin serialdakı rol yoldaşları Cennifer Eniston, Liza Kudrou, David Şvimmer, Kortni Koks və Mett LeBlan aktyorun ölümünün onları sarsıtdığını ifadə ediblər.

"Metyunun itkisindən hamımız çox pərişan olduq. Biz bir aktyor heyətindən daha çox idik. Biz bir ailəyik. Deyəcək çox şey var, amma indi bu anlaşılmaz itkinin yasını tutmaq və bunu qəbul etmək üçün bir az vaxta ehtiyacımız var. Hələlik düşüncələrimiz və sevgimiz Metyunun ailəsi, dostları və onu bütün dünyada sevən hər kəsin yanındadır", - deyə aktyorlar qeyd ediblər.

Serialda Reyçel Qrin obrazını canlandıran Cennifer Eniston birgə açıqlamalardan sonra duyğusal paylaşım edib.

Eniston son bir neçə həftədə Perrinin ona yazdığı mesajları ağlayaraq və gülərək oxuduğunu ifadə edib.

"Son bir neçə həftədir ki, onunla mesajlarımı oxuyuram, bir ağlayıb, bir gülürəm. Onları sonsuza qədər saxlayacağam", - deyə aktrisa qeyd edib.

Daha sonra Cennifer Metyunun ona göndərdiyi "Səni güldürmək günümü gözəlləşdirdi. Günüm gözəlləşdi" ifadələrini izləyiciləri ilə bölüşüb. "Minlərlə dəfə gülümsəmənin ilki...", - deyə Eniston dostunun bu sözlərinə cavab verib.  

"Bu məni dərindən yaraladı. Mettimizlə vidalaşmaq əvvəllər heç yaşamadığım hisslər dalğası idi. Hamımız həyatımızın bir nöqtəsində itki ilə qarşılaşırıq. İstər həyat itkisi olsun, istər sevgi itkisi... Biz onu çox sevirdik. O, bizim DNT-mizin bir parçası idi. Biz həmişə altı nəfər idik. Bu, kim olduğumuzu və yolumuzun nə olacağını sonsuza qədər dəyişdirən seçilmiş bir ailə idi. Metti insanları güldürməyi sevirdi. Özünün də dediyi kimi, əgər qəhqəhə səsi eşitməzsə, öləcəyini düşünürdü. Həyatı sözün əsl mənasında bundan asılı idi və bunu etməyi də bacardı. Hamımızı güldürdü. Metti, səni çox sevirəm və bilirəm ki, hazırda tamamilə hüzur içindəsən və ağrı çəkmirsən. Hər gün səninlə danışıram... Dincəl, kiçik qardaşım. Günümüzü həmişə gözəlləşdirdin...", - deyə Cennifer Eniston yazısına əlavə edib.

Xatırladaq ki, dünyanın ən məşhur seriallarından olan "Friends"in ulduzu Metyu Perri oktyabrın 28-də evində cakuzidə boğularaq həyatını itirib və onun ölümü Hollivudu sarsıdıb.

Milli.Az


Etiketlər:  Metyu Perrinin mesajlarından danışdı Həyatı sözün əsl mənasında bundan asılı idi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ