Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni toyunda azərbaycanlı aşpazın bu hərəkəti erməniləri qorxuya saldı - FOTO

Erməni toyunda azərbaycanlı aşpazın bu hərəkəti erməniləri qorxuya saldı - FOTO

Tarix: 17 Noyabr 2023 11:58

Rusiyada keçirilən erməni toylarının birində azərbaycanlı aşpazın hərəkəti erməniləri qorxuya salıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, buna səbəb 22 oktyabr tarixində Moskvada "Triumf" restoranında erməni toyunda aşpaz Qədir İsgəndərzadənin şah plovu məclisə geyindiyi uniformanın qol hissəsində Azərbaycanın bayrağını əks etdirən xəritə ilə təqdim etməsi olub. 

Həmin an çəkilən görüntülər sosial şəbəkədə yayılaraq erməni izləyicilərinin qəzəbinə səbəb olub. 

Onlar "Yeni mövsümdə əziz ermənilər, restoran seçərkən ehtiyatlı olun", "Ya xalq olaraq bir araya toplaşmalıyıq, ya da ki, tezliklə heç nə olmamış kimi, Ermənistanda Azərbaycan bayrağı altında Azərbaycan plovu yeyəcəyik" deyə şərhlər yazıblar.

Milli.Az


Etiketlər:  Erməni toyunda azərbaycanlı aşpazın bu hərəkəti erməniləri qorxuya saldı FOTO


RƏYLƏR