Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Su Ehtiyatları Agentliyinin tabeliyində 5 publik hüquqi şəxs yaradıldı

Su Ehtiyatları Agentliyinin tabeliyində 5 publik hüquqi şəxs yaradıldı

Tarix: 17 Noyabr 2023 15:27

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində 5 publik hüquqi şəxs yaradılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki,  Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti;

- tabeliyindəki "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti;

- tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu;

- tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti;

- tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu "Azdövsutəslayihə"nin və tabeliyindəki "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılıb.


Etiketlər:  Ehtiyatları Agentliyinin tabeliyində publik hüquqi şəxs yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ