Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanla Gürcüstan hərbi sahədə əməkdaşlıqla bağlı sənəd imzaladı

Ermənistanla Gürcüstan hərbi sahədə əməkdaşlıqla bağlı sənəd imzaladı

Tarix: 17 Noyabr 2023 15:40

Gürcüstan Müdafiə naziri Cuanşer Burçuladze İrəvana səfəri çərçivəsində erməni həmkarı Suren Papikyanla görüşərək bölgədəki təhlükəsizlik mühitini nəzərdən keçirib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Cuanşer Burçuladze Gürcüstanın "Dinc Qonşuluq Təşəbbüsü" layihəsi çərçivəsində regionda sülh prosesinin təşviqini davam etdirməyə hazır olduğunu vurğulayıb.

Məlumatda tərəflərin Ermənistan və Gürcüstan arasında müdafiə sahəsində cari və gələcək əməkdaşlığı müzakirə etdiyi, görüşdən sonra iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əməkdaşlıq planı imzaladığı qeyd olunub.


Etiketlər:  Ermənistanla Gürcüstan hərbi sahədə əməkdaşlıqla bağlı sənəd imzaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ