Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2023 14:40
Aşıq Zülfiyyə İbadova ona hədiyyə edilən 180 minlik avtomobili qəbul etməyib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı bu haqda "Xəzər axşamı" verilişində deyib. O bildirib ki, bir neçə gün əvvəl müğənni Şəbnəm Tovuzluya avtomobil hədiyyə edən iş xanımı bundan əvvəl ona da eyni jesti edib:
"Dedi ki, maşın istəyirəm, sən seç. Mən də o vaxt yeni çıxan bir 180 minlik maşını almaq istəyirdim. Dedim, ondan al. Sən demə, mənə ad günümə maşını hədiyyə edirmiş. Amma mən onu qəbul etmədim və məndən incidi".