Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2023 15:38
"Heç vaxt Bakıda olmamışam. "Neftçi" ilə oyun şəxsən mənə çox lazımdır".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Rusiyanın "Zenit" klubunun futbolçusu Uilson İzidor "Neftçi"yə qarşı keçiriləcək yoxlama görüşü barədə danışarkən deyib.
23 yaşlı fransalı hücumçu oyun praktikası qazanmaq üçün qarşılaşmaya ciddi yanaşdığını bildirib: "Sankt-Peterburqa qayıtdıqdan sonra Rusiya çempionatında qalib gəlmək üçün oyun praktikası qazanmalı, özünəinamı bərpa etməli, qarşıdakı rəsmi görüşlərə hazır olmalıyam. Növbəti matçı hansı komandaya qarşı və necə oynamağımızın heç bir fərqi yoxdur. Rəqibin "Neftçi", "Zenit"in əvəzedici heyəti olmasının və ya qeyri-rəsmi, yoxsa rəsmi görüş keçirməyimizin önəmi yoxdur. Mən yüz faiz gücümü ortaya qoyacağam. Optimal formamı bərpa etməliyəm. Oyun praktikası artdıqca qollar da gələcək".
Qeyd edək ki, bu gün "Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Zenit" görüşü saat 21:00-da başlayacaq.