Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2019 14:48
Fransa məhkəməsi PSJ-nin futbolçusu Neymarla bağlı qərarı açıqlayıb.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu ölkə kubokunun finalında "Renn"lə matçdan sonra azarkeşi vurduğu üçün cəzalandırılmayıb. Ona etdiyi hərəkətə görə yazılı xəbərdarlıq göndərilib.
Qeyd edək ki, Neymar görüşdən sonra mükafatlandırma mərasimi zamanı onu təhqir edən azarkeşi vurub. Həmin azarkeş məhkəməyə oyunçudan şikayət edib.
Xatırladaq ki, Fransa Futbol Federasiyası Neymarı bu hərəkətinə görə üç oyunluq cəzalandırmışdı.