Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Olimpiya çempionu evləndikdən üç ay sonra boşandı - FOTO

Olimpiya çempionu evləndikdən üç ay sonra boşandı - FOTO

Tarix: 19 Noyabr 2023 20:22

Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yudzuru Hanyu toyundan üç ay sonra həyat yoldaşından boşanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, mənbənin sözlərinə görə, buna səbəb cütlüyün  pərəstişkarları tərəfindən təqib edilməsi və medianın həddindən artıq diqqətini cəkb etməsi olub. "Gələcək haqqında düşünəndən sonra boşanmaq qərarına gəldim, çünki yoldaşımın xoşbəxt olmasını istəyirəm. Və mən istəyirəm ki, bu xoşbəxtlik heç bir məhdudlaşdırıcı tədbirlərlə müşayiət olunmasın", - idmançı bildirib.

Hanyu 2022-ci ilin yayında idmandan ayrıldığını elan edib. Fiqurçu artıq yarışlarda iştirak etməyəcəyini, ancaq buz üzərində məşqləri dayandırmayacağını vurğulayıb.

Hanyu iki dəfə kişilərin tək konkisürmə yarışlarında Olimpiya qızılını qazanıb - 2014 və 2018-ci illərdə. 2016-cı ildə "Autumn Classic International"da çıxış edən Hanyu fiqurlu konkisürmə tarixində dördqat rittberqeri yerinə yetirməyi bacaran ilk şəxs olub.

Milli.Az


Etiketlər:  Olimpiya çempionu evləndikdən üç sonra boşandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ