Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2023 21:20
Udmurtiyada 29 yaşlı ata həyat yoldaşından boşandığı üçün yeddi yaşlı oğlu və üç yaşlı qızını öldürüb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, noyabrın 18-də səhər saatlarında təqsirləndirilən şəxs boşanma prosesinə görə həyat yoldaşına qarşı düşmənçilik zəminində bıçağı balaca uşaqlarının ürəyinə sancıb. Onlar sağ qalmayıblar.
Daniil S. daha sonra qaçsa da, meşədə yaxalanıb.