Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÜST bəşəriyyət üçün qlobal problemi açıqladı

ÜST bəşəriyyət üçün qlobal problemi açıqladı

Tarix: 20 Noyabr 2023 10:27

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığı bəşəriyyət üçün qlobal problem adlandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tənhalıq gündə 15 siqaret istehlakı ilə müqayisə oluna biləcək dərəcədə insan sağlamlığına mənfi təsir göstərir. Hətta piylənmə və oturaq həyat tərzi tənhalıq qədər təhlükəli deyil. Bu problem xüsusilə koronavirus pandemiyasının başlamasından sonra daha qabarıq şəkildə özünü büruzə verib.

Tənhalıq xüsusilə yaşlı insanlar üçün təhlükəlidir. O, demensiyanın inkişaf riskini 50 faiz, ürəyin işemik xəstəliyi riskini isə 30 faiz artırır.

Eyni zamanda, ÜST ekspertləri hesab edirlər ki, yer kürəsinin hər dörd ahıl yaşlı sakinindən biri tənhalıqdan əziyyət çəkir.

Milli.Az


Etiketlər:  ÜST bəşəriyyət üçün qlobal problemi açıqladı


RƏYLƏR