Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kübra Əliyeva: Bulvarda ərimi gözləyirsən, mən də 5 uşaqla…

Kübra Əliyeva: Bulvarda ərimi gözləyirsən, mən də 5 uşaqla…

Tarix: 20 Noyabr 2023 12:10

Dünən Azərbaycanın xalq artisti Həmidə Ömərova Opera Studiyasında öz yubiley yaradıcılıq axşamını qeyd etdi. Gecədə tanınmış sənət adamları iştirak edirdilər. Onlar Xalq artisti ilə xatirələrini bölüşdülər.

Milli.Az medianews.az-a istinadən xəbər verir ki, yubiley gecəsində əməkdar artist Kübra Əliyeva da Həmidə Ömərova ilə illər əvvəl "Şirbalanın məhəbbəti" filmində tərəf müqavili olduğunu və  orada həyat yoldaşının sevgilisini canlandırdığını bildirib:

"İki dəfə mənilə üz-üzə gəldin, amma... Səni rejissora şikayət edəcəm. Dənizkənarı Bulvarda ərimi gözləyirsən, mən də 5 uşaqla qalmışam küçələrdə. Mənim dərdimə bax. Hələ üstəlik deyir ki, bu uşaqların hamısı sizindi? Dedim elə bilirsən "yanka"lıq edirəm bu uşaqlara, hamısı öz fabrikamızdandır(gülür).

Gör həyat bir də bizi harda qarılaşdırdı. Biz artıq Həmidə xanımla qonşuyuq. Mənim evimi söküb mənə ev veriblər, Həmidə Rüstəmovanın da anasına ev veriblər. Taleh bizi haralardan haralara gətirdi. Həmidə xanım Azərbaycan kino tarixində öz izi, sözü olan aktrisadır".

Milli.Az


Etiketlər:  Kübra Əliyeva Bulvarda ərimi gözləyirsən mən 5 uşaqla


RƏYLƏR