Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bədəninin 65%-i yanmış modelin ilhamverici mübarizəsi - FOTOlar

Bədəninin 65%-i yanmış modelin ilhamverici mübarizəsi - FOTOlar

Tarix: 21 Noyabr 2023 11:35

Bəzən həyatımızın necə davam edəcəyini bilmirik. Amma, həmişə mübarizə aparmalı oluruq. Turia Pitt adlı qadının ilhamverici hekayəsi də heç nəyə baxmayaraq, həyatla mübarizə aparmalı olduğumuzun bir nümunəsidir.

Milli.Az sfera.az-a istinadən əvvəllər model olan Turia Pittin motivasiya hekayəsini təqdim edir. 

24 yaşlı dağ-mədən mühəndisi olan gənc qadın Turia Pitt marafonlarda iştirak edib.

2011-ci ildə qatıldığı marafon onun həyatını dəyişib. 100 kilometrlik ultramarafonda yanğın başlayıb.Təəssüflər olsun ki, yanğından xilas ediləndə gənc qızın bədəninin 65%-i yanıb.Pitt səkkiz ay xəstəxanada yatıb, 200-dən çox əməliyyat keçirib və 7 barmağını itirib.

Daha sonra onun üçün 2 il davam edəcək bərpa dövrü başlayıb. Onun ən böyük dəstəkçisi isə polis sevgilisi olub. Sevgilisi Pitt üçün işini atıb və evdə ona qulluq etməyə başlayıb.

Pittin vəkilləri və marafonu təşkil edən şirkət məhkəmədə razılığa gəlib və gənc qadına dəyən ziyana görə 10 milyon dollar təzminat ödənilib.

Ən çətin vaxtlarında onu heç vaxt tərk etməyən sevgilisi Maykl Hoskinlə 2015-ci ildə nişanlanıb.

Cütlüyün 2017-ci ildə bir körpəsi dünyaya gəlib. Digər tərəfdən, "dünyanın ən güclü qadını" kimi məşhurlaşan Pitt bu şöhrətdən başqa qadınlara kömək etmək üçün istifadə edib.

O, öz hekayəsini danışaraq, üç kitab yazıb. Rəqəmsal kurslarda 40 mindən çox insana pulsuz seminarlar verib. 

Pitt Ironman Dünya Çempionatında qatılıb. O, plastik əməliyyata ehtiyacı olan, lakin bunu ödəyə bilməyən insanlar üçün vəsait toplamaq üçün yarışıb.

"Mən də çox çətin dövrlərdən keçmişəm və hələ də keçməyə davam edirəm. Ancaq bir qadın olaraq kifayət qədər güclü və mübariz ruhlu olduğumu gördüm. İnanıram ki, bütün qadınların içində bu ruh var"- Pitt bildirib. 

Milli.Az


Etiketlər:  Bədəninin 65 i yanmış modelin ilhamverici mübarizəsi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ