Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Məktəblərdə zərərli məhsullar satılır” - Ekspert

“Məktəblərdə zərərli məhsullar satılır” - Ekspert

Tarix: 21 Noyabr 2023 20:24

Bir çox məktəblərdə bufetlərin vəziyyətinin qənaətbəxş olmadığı bilinsə də, bununla bağlı hər hansı təsirli tədbirlər görülmür.

Milli.Az bildirir ki, mövzu ilə bağlı Sfera.az-a danışan təhsil ekperti Kamran Əsədov bildirib ki, Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi öz maddi maraqlarına görə gələcəyimiz olan şagirdlərin həyatlarını təhlükəyə atırlar:

"Bildiyimiz kimi, 2011-ci ildə Nazirlər Kabinetinin təhsil müəssələrində gigiyenik qaydalarla bağlı xüsusi göstərişləri var. Təəssüf ki, ümumtəhsil müəssisələrindəki bufetlərdə bu normalar gözlənilmir. Yağda qızardılmış, iy verən, hətta tez xarab olan məhsullardan istifadə olunur. Hesab edirəm ki, bu sahədə yoxlamaları dayandırmaq yox, əksinə, ciddi şəkildə həyata keçirmək lazımdır. Çünki qidalanma birbaşa təhsilə təsir göstərən amillərdən biridir".

Ekspert iddia edib ki, məktəb bufetlərində sağlamlığa birbaşa zərər vuran məhsullar satılır və bufetlərdəki vəziyyət heç bir müvafiq qurumlar tərəfindən yoxlanılmır:

"Bu məsələ xüsusilə diqqətdə saxlanmalı və qadağan olunmuş qidaların, içkilərin bufetlərdə satılmasına icazə verilməməlidir. Artıq geridə qoyduğumuz 2022-2023 tədris ilində bir neçə məktəbdə zəhərlənmə hadisəsi baş verib. Bu hadisələrin təkrarlanmaması üçün orada satılan məhsullar mütləq şəkildə yoxlamalardan keçməlidir".

K. Əsədov son olaraq qeyd edib ki, bizdə məktəb bufetlərinin piştaxtasında olan məhsulları məktəblərin özləri müəyyənləşdirirlər. Məktəblilərin sağlamlığı ilə bağlı bütün məsələlər hələ ki, məktəb rəhbərliyinin vicdanına qalıb.

Milli.Az


Etiketlər:  Məktəblərdə zərərli məhsullar satılır Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ