Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2023 22:48
Çay ölkəmizdə ən çox istehlak edilən içkilərdəndir. Ölkə olaraq çayı isti və sürətlə içmək kimi vərdişimiz var. Lakin çoxlarımız qaynar çayın selikli qişanı yandırdığından, beləliklə, ağız nahiyəsində xərçəng riskini 3 dəfə artırdığından məlumatsızıq.
Sonxeber.neta pravda.az-a istinadən xəbər verir ki, türkiyəli tanınmış professor Oğuz Kösə "çayxor"lara çayı çox isti deyil, bir az soyuq içməyi tövsiyə edib.
Onun sözlərinə görə, Çin və Amerikada aparılan araşdırmalardan məlum olub ki, isti və intensiv şəkildə istehlak edilən çay ağız və boğaz selikli qişasına xroniki ziyan vurur, gələcəkdə baş-boyun bölgəsinin xərçəngə tutulma riskini artırır.
Professor çayın 15 dəqiqədə dəmlənməsini və yarım saat ərzində içilməsini tövsiyə edib: "Çay tərkibində güclü antioksidanlar olan qiymətli milli içkidir. Diqqətli olsaq, onu ilıq və təzə içsək, çaydan aldığımız həzzi artıra bilərik".