Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmam Muslim kimdir?

İmam Muslim kimdir?

Tarix: 22 Noyabr 2023 04:02

İmam Muslim ibn Həccac, Xorasanın Nisabur şəhərində anadan olmuşdur. İmam əz-Zəhəbi demişdir: "Deyilənə görə İmam Muslim hicrətin 204-cü ilində anadan olmuşdur".
İmam Muslim Nisaburda yetərincə elm öyrəndikdən sonra biliyini artır­maq və hədisləri toplamaq məqsədilə Hicaz, Misir, Suriya, İraq və digər məm­ləkətlərə səyahət etmiş və sayı iki yüzdən çox olan alimlərdən elm almışdır.
Bir çox əsərlərində imam Muslim, Buxarinin elmindən istifadə etdiyini eti­raf etmiş və hə­dis elmində onun bənzəri olmadığını söyləmişdir. İmam Buxari Nisabur şəhərinə gəldikdə Muslim mü­tə­madi olaraq onun məclislərində iştirak etmiş, ondan heç ayrılmamış və onun elmindən bəhrə­lənmişdir. Muslim həmişə Buxarini müdafiə etmiş, onu pisləyənlərin cavabını ver­mişdir.
Xətib əl-Bağdadi demişdir: "Muslim hədis elmində Buxarinin yolunu tu­tub getmiş, onun elmini gözdən keçirmiş və bu sahədə addımbaaddım onu iz­ləmişdir".
İslam alimləri Muslimin hörmətli şəxsiyyət və möhtərəm imam, habe­lə hədis el­mində yüksək bacarıq və ali məqam sahibi olmasını qəbul etmişlər.   
Hakim demişdir: "Mən Əbu Abdur-Rəhman əs-Silminin belə dediyini eşit­dim: "Mən yarlı-yaraşıqlı və gözəl görkəmli bir şeyx gördüm. Əynində gözox­şayan bir bürüncək var idi, əmmaməsinin ucunu da çiyinləri arasına salmışdı. Məsciddəkilər: "Bu, Muslimdir"- dedilər. Elə bu vaxt əmirin adamları qaba­ğa keçib: "Möminlərin əmiri, Muslim ibn Həccacın müsəlmanlara imamlıq etməsini buyurur"- dedilər. Beləliklə, Muslim qabağa keçib təkbir gətirdi və camaata namaz qıldırdı".
Əhməd ibn Sələmə demişdir: "Mən Əbu Zurədən və Əbu Hatimdən eşit­dim. Onlar Muslim ibn Həccacı, səhih hədisləri bilmək xüsusunda öz əsrlə­rində­ki şeyxlərdən üstün tuturdular".
Nəvəvi demişdir: "Hədis elmində iki nümunəvi imamın - Əbu Abdullah Muhəmməd ibn İsmail əl-Buxarinin və Muslim ibn Həccac əl-Quşeyrinin "Sə­hih" əsərləri ən mötəbər kitablar sayılır. Həqiqətən də, onların bu əsərlərinin misli-bərabəri yoxdur".
Həmçinin demişdir: "Alimlər ittifaq etmişlər ki, Bu­xari və Muslimin "Səhih" əsərləri, Qurandan sonra ən səhih kitab­lar hesab edilir. Müsəlman ümməti bu iki kitabı tərəddüdsüz qəbul etmişlər".
İmam Muslim hicrətin 261-ci ilində Rəcəb ayının 24-ü bazar günü vəfat etmiş və bazar ertəsi ayın 25-i Nisaburda dəfn edilmişdir. Allah ona rəhmət etsin!


Etiketlər:  İmam Muslim kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ