Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bella Hadid pərəstişkarları “Dior” butiklərini dağıtmağa başlayıblar

Bella Hadid pərəstişkarları “Dior” butiklərini dağıtmağa başlayıblar

Tarix: 22 Noyabr 2023 10:00

Sosial şəbəkələrdə üzləri örtülmüş və Fələstin bayraqları ilə "Dior" butikini sındıran insanların videosu yayılıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu, brendin Fələstin əsilli model Bella Hadidi israilli model May Tagerlə əvəz etməsi ilə bağlı şayiələrdən sonra yayılıb. Bellanın İsraildən olan modellə əvəz olunduğu xəbəri yayılsa da, onun brendlə müqaviləsinin ötən il bitdiyi üzə çıxıb.

Videonun harada çəkildiyi bəlli deyil. Bunun tək bir hadisə olub-olmadığı da məlum deyil. Lakin bu məlumat şaiyədir. Hadidin İsrail və HƏMAS arasındakı müharibə ilə bağlı son şərhlərinə görə "Dior"dan uzaqlaşdırılması əsassız iddiadan qaynaqlanır.

Sosial şəbəkə istifadəçiləri "Dior"un Bella Hadidin fələstinliləri dəstəkləyən mesaj göndərdiyi üçün işbirliyinə son qoyduğunu və markanın onu yeni reklam kampaniyasında israilli model May Tagerlə əvəzlədiyini iddia edib.

Mənbələr isə iddia edir ki, Bella Hadidin müqaviləsi son İsrail-Fələstin münaqişəsindən çox əvvəl, 2022-ci ilin martında başa çatıb. Adı çəkilən İsrailli model Tager "Dior"un 2023-cü il kampaniyasında görünən bir neçə modeldən biri olsa da, son vaxtlar brendin siması əsasən aktrisa Anya Taylor-Coydur.

Əslən fələstinli olan Bella Hadid 2016-cı ildə "Dior" brendinin siması seçildikdən sonra da dəfələrlə İsrail hökumətini tənqid edən və fələstinliləri dəstəkləyən açıqlamalar verib.

İsrail və HƏMAS arasında son qarşıdurma başlayandan sonra da o, İnstaqram səhifəsində günahsız insanlara yas tutduğunu bildirib. O, izləyicilərini Qəzza zolağındakı mülki insanları qorumaq üçün siyasətçilərə təzyiq göstərməyə çağırıb.

Sonrakı günlərdə "Dior" yeni bayram reklam kampaniyasını May Tagerin təqdimatında verdikdə, sosial media istifadəçiləri iki hadisəni bir-birilə əlaqələndiriblər. Onlar Hadidin ifadəsinə görə işdən çıxarıldığını iddi edib.

X platformasında 11.000-dən çox bəyənmə toplayan bir yazıda: "Dior, Bella Hadidin Fələstinə dəstək ifadəsindən sonra son reklam kampaniyasında onu İsrail modeli ilə əvəz etdi" - paylaşılıb.

Platformada brendi boykot etməyə çağıran hashtag da yayılıb. Adının açıqlanmasını istəməyən mənbə, Hadidin "Dior" ilə müqaviləsinin bir il əvvəl bitdiyini və yenilənmədiyini bildirib. O, Hadidin getməsinin səbəbini açıqlamayıb, sadəcə bunun kommersiya qərarı olduğunu qeyd edib. Bellanı başqa modellər əvəz edib. May Tager isə bu mövzudan tamamilə kənardır.

Milli.Az


Etiketlər:  Bella Hadid pərəstişkarları Dior butiklərini dağıtmağa başlayıblar


RƏYLƏR