Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2024-ün qalibi nə qədər qazanacaq? - MƏBLƏĞ

AVRO-2024-ün qalibi nə qədər qazanacaq? - MƏBLƏĞ

Tarix: 22 Noyabr 2023 16:22

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatını qazanan komanda 34 milyon dollar mükafat alacaq.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, FIFA ümumilikdə 371 milyon avro mükafat məbləği təyin edib. Turnirə qatılan hər bir ölkə 9,25 milyon avro qazanacaq. Qrupdakı hər qalibiyyət 1,5 milyon avro, hər heç-heçə isə 750 000 avro ilə mükafatlandırılacaq. 1/8 finala çıxan komandalar 2 milyon avro, 1/4 finala yüksələnlər isə 3,25 milyon avro ödəniş olunacaq. 

FIFA yarımfinala çıxan komandaların hər birinə 5 milyon avro, çempion komandaya 10 milyon, finalistə isə 7 milyon avro ödəyəcək. Bu rəqəmlərə əsasən, qrupunda bütün oyunları qazanıb, finala çıxan ölkə ümumilikdə 34 milyon avro qazanc əldə edə bilər. 

Qeyd edək ki, Avropa çempionatı 14 iyundan 14 iyul tarixinədək davam edəcək.

Milli.Az


Etiketlər:  AVRO 2024 ün qalibi qədər qazanacaq MƏBLƏĞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ