Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 08:30
"Alla Puqaçova tez-tez səhnəyə çıxmaqla sağlamlığına ziyan vurub".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri primadonanın dərzisi Lyubov Aksenova deyib.
"Alla da bədbəxt insandır. O, "Papa Karlo" kimi çox çalışırdı. Direktora deyirdi: "Daha bir konsert nəyimizə lazımdır?" - deyə Aksenova bildirib.
Dizaynerin dediyinə görə, Puqaçova uzun müddət sol ayağındakı şiddətli ağrılardan şikayətlənib. Müğənni pəncəsini yerə basa bilmirmiş.
"Konsertdən əvvəl ayaqqabılarını atıb səhnədə ayaqyalın gəzirdi. Mən də ayaqqabılarını gözətləyirdim. Onu elə görmək məni incidirdi", - dərzi deyib.
Aksenova Puqaçovanın Rusiya üçün darıxdığını qeyd edib. Onun dediyinə görə, Puqaçovanın vətənində ünsiyyət saxladığı yaxşı, sadiq dostları var və onlar çox deyil, bir neçə nəfərdir.
Puqaçovanın dərzisi bunu da əlavə edib ki, əgər pərəstişkarları onun dönməyini TV-də açıq şəkildə bildirsələr, müğənni Rusiyaya qayıda bilər.
"O, belə sözlərdən məmnun qalacaq. Üstəlik, Alla həmişə pərəstişkarlarına hörmət edib. Mən həmişə bilirdim ki, onu xalq yaradıb", - Aksenova əlavə edib.