Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Everton" borca görə ulduzunu bu qiymətə satır

Tarix: 23 Noyabr 2023 11:18

Premyer Liqa qaydalarını pozduğuna görə 10 ballıq qadağa ilə üzləşən "Everton" həmçinin, 300 milyon funt-sterlinqə qədər qanuni iddialarla üzləşib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Liverpul təmsilçisi maliyyə böhranından çıxmaq üçün yüksək ödənişli futbolçularından bəzilərini satmağa hazırlaşır.

İnformasiyanı "TEAMtalk" yayıb. Mənbənin məlumatına görə, klub yarımmüdafiəçi Amadu Onananı 60 milyon funt-sterlinqə satmağa razılaşacağını bildirib.

Futbolçu ilə artıq bir neçə klub maraqlanır. Xüsusilə "Mançester Yunayted" "Everton"un maliyyə problemlərindən yararlanmaq ümidi ilə vəziyyəti diqqətlə izləyir. 

Milli.Az


Etiketlər:  Everton borca görə ulduzunu bu qiymətə satır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ