Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizin qənimi bu gözəldən ilhamlanır - FOTOlar

Millimizin qənimi bu gözəldən ilhamlanır - FOTOlar

Tarix: 23 Noyabr 2023 13:56

"Roma"nın forvardı Romelu Lukaku AVRO-2024-ün seçmə mərhələsinin bombardiri olub. Azərbaycan millisiylə eyni - F qrupunda yer alan Belçikanın hücumçusu 8 oyuna 14 qol vuraraq mərhələnin rekordunu müəyyənləşdirib. Bu uğurda onun yığmamızla son tur oyununda etdiyi poker böyük rol oynayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 6 ay əvvəl "İnter"dəki sabiq komanda yoldaşı və dostu Lautaro Martinezin toyunda Romelu yeni sevgilisi - amerikalı müğənni, Qremmi mükafatı laureatı Meqan Stallion ilə birlikdə görüntülənib.

Meqanın 28 yaşı var. O, Lukakudan 2 yaş kiçikdir. Çox təəccüblü görünüşə və bədən quruluşuna malikdir. O, misiqiçi olmaqdan əlavə, mütəmadi olaraq idman zalına gedir.

Qeyri-sabit çıxış edən belçikalı forvardın son uğurlarında Meqanın pay sahibi olduğu bildirilir. Lukaku məhz sevgilisindən ilhamlanaraq qollar vurur.

Milli.Az


Etiketlər:  Millimizin qənimi bu gözəldən ilhamlanır FOTOlar


RƏYLƏR