Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2023 02:34
91 yaşlı avstriyalı milyarder Riçard Lugner yenidən həyat yoldaşı axtarır. Bundan əvvəl o, altı dəfə evli olub.
Sonxeber.net sfera.az-a istinadən bildirir ki, axtarılan şəxsin həyat yoldaşına kömək etmək üçün iş təcrübəsi olmalıdır.
Milyarderin əvvəlki evliliklərindən dörd övladı var.
Avstriyalı milyarder öz adını verdiyi tikinti şirkətinin sahibidir. "Lugner City"ticarət mərkəzi də onundur. İş adamı tez-tez müxtəlif televiziya şoularında görünür və tikinti dünyasında "sosialist" adlanır. Lugner altı dəfə evli olub. Ən səs-küylü evliliyi isə 2014-cü ildə, 81 yaşında olarkən Keti Şmitslə olub. Playboy modeli milyarderdən 57 yaş kiçik olub. Min kabinet və zalları olan məşhur Vyana Şönbrunn sarayında toy edən cütlük iki ildən sonra ayrılıb.
Lugner mediaya verdiyi açıqlamada:
"İnsan aktiv yaşamalıdır, hətta aşiq də olmalıdır. Mən aktiv olmağı xoşlayıram və həqiqətən kiminləsə birlikdə olmaq istəyirəm" - deyib. Jurnalistlərlə söhbətində milyarder bildirib ki, seçdiyi şəxsin 45-dən yuxarı yaşı və biznes təcrübəsi olmalıdır. Onu ilk növbədə qadının görünüşü deyil, intellekti maraqlandırır.
Qeyd edək ki, Lugner 2014-cü ildə Kim Kardaşyana Vyana balında onu müşayiət etməsi üçün 500.000 dollar verməsi ilə məşhurlaşıb.