Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2019 01:44
Bakı. Trend:
İran tərəfi noyabrın 6-dan Fordodakı obyektdə uranın 5%-ə qədər zənginləşdirilməsinə başlayacaq.
Trend-in məllumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.
Təşkilatın rəhbəri deyib: "Sabahdan etibarən Fordodakı müəssisədə uranı 5% -ə qədər zənginləşdirəcəyik".
Salehi əlavə edib ki, nüvə sazişinin bağlanmasından əvvəl İran Fordoda uranı 20% -ə qədər zənginləşdirdi: "Bu gün 20%-ə qədər zənginləşdirilmiş kifayət qədər uran ehtiyatımız var".
O, həmçinin urandan əlavə, Fordoda sabit izotopların da zənginləşdiriləcəyini deyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin