Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2023 17:15
Müğənni və aktyor kimi tanınan Alişan arvadı, aktrisa Busə Varola qoyduğu qadağa barədə danışıb. O qeyd edib ki, Busə çəkildiyi heç bir filmdə öpüşmə səhnəsinə çəkilməyəcək.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, "İndi film və seriallarımızda əvvəlki kimi yalandan, rol üçün öpüşmürlər. Gerçəkdən öpüşüb sevişirlər. Biabırçı vəziyyət yaranıb. Mənim xanımım, övladımın anası belə bir rola çəkilə bilməz. Özü də istəmir, mən də razı deyiləm. Mən manyakammı arvadımın başqa bir kişi ilə sevişməsini seyr edim?",- deyə o bildirib.
Alişan bildirib ki, özü də belə səhnələrə çəkilmir.
"Aktyor yalnız yataq səhnələrinə çəkilən adam deyil. Ssenariyə baxırıq, seçib, seçməmək haqqımız var. Bunu qəbul etmirəmsə, mən aktyor deyiləm, geridə qalmış düşüncələrim var? Belə deyəcəklərsə, qoy desinlər",- deyə o əlavə edib.