Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

20 il ərzində siqaret çəkən insanın ağciyərlərinin necə görünür? - FOTO

20 il ərzində siqaret çəkən insanın ağciyərlərinin necə görünür?  - FOTO

Tarix: 25 Noyabr 2023 01:30

ABŞ-dən olan tibb bacısı 20 il ərzində siqaret çəkən insanın ağciyərlərinin necə göründüyünü göstərib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, fərqi daha yaxşı görmək üçün tibb bacısı Amanda Eller siqaret çəkənin ağciyərlərinin yanına sağlam insanın ağciyərlərini qoyub. Görüntülərdə siqaretə aludə olan kişinin tənəffüs orqanlarının qaraldığı və kömür parçalarına bənzədiyi görünür.

Bundan əlavə, tibb bacısı siqaret çəkənlərin ağciyərlərinin lazımi qaydada işləmədiyini də göstərib.

"Ağciyərlər öz elastikliyini itiriblər. Nəfəs aldıqda, onlar dartılır, ancaq nəfəs verərkən, onlar "qapanır" və bu vəziyyətdə qalırlar, onlar açıla bilmirlər", - deyə mütəxəssis izah edib.

Görüntülər sosial şəbəkə istifadəçilərinə o qədər təsir edib ki, bir çox insan gördüklərinin siqareti tərgitmək barədə düşünməyə vadar etdiyini etiraf edib.

"Siqareti buraxmaq üçün başqa bir cəhdə hazırlaşıram", - deyə istifadəçilərdən biri şərh yazıb.

Milli.Az


Etiketlər:  20 il ərzində siqaret çəkən insanın ağciyərlərinin necə görünür FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ