Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsti duş qəbulunun sağlamlıq üçün 5 TƏHLÜKƏSİ

İsti duş qəbulunun sağlamlıq üçün 5 TƏHLÜKƏSİ

Tarix: 25 Noyabr 2023 21:42

Buxar duşlarına üstünlük verirsinizsə, bu, ümumi sağlamlığınız üçün yaxşı təsir etməyə bilər. Yüksək temperatura məruz qalma təkcə dərinizə deyil, saçınıza və immunitet sisteminə də mənfi təsir edir.

Sonxeber.net lent.az-a istinadən bildirir ki,payız və qış aylarında isti duş qızınmaq üçün əla bir yol kimi görünə bilər, amma bu, həqiqətən sağlamlığınız üçün təhlükə mənbəyidir.

Doktor Mahyar Maddahali xəbərdarlıq edir ki, həddindən artıq isti su dərinin qurumasına səbəb olur. Dəridə onu nəmləndirən müəyyən miqdarda təbii yağlar var və isti su bu faydalı yağların çoxunu məhv edir. Bundan əlavə, yüksək temperatur dərinin altındakı qan damarlarının genişlənməsi nəticəsində dərinin qıcıqlanmasına və qızarmasına gətirib çıxarır.

Yüksək su temperaturunun saçınıza zərər verə biləcəyini də xatırlamağa dəyər. Bəzi insanlar üçün uzun müddət isti suya məruz qalmaq qan təzyiqinin aşağı düşməsinə və nəticədə huşunu itirməklə nəticələnir.

Nəhayət, qəribə görünsə də, isti duşlar immun sisteminizə mənfi təsir göstərə bilər. Odur ki, payız soyuqluğundan qaçmağa çalışırsınızsa, suyun temperaturunun 36-40 dərəcə Selsidən çox olmamasına diqqət etməlisiniz.


Etiketlər:  İsti duş qəbulunun sağlamlıq üçün TƏHLÜKƏSİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ