Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2023 08:18
Ultra emal olunmuş qidaların xərçəng riskini artırdığına inanılır, lakin bir araşdırma bu inamı təkzib edir.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, "Daily Mail" avropalı alimlərin apardığı araşdırmanın nəticələrini dərc edib.
Nəticəyə əsasən, saxlama müddətini artırmaq üçün çoxsaylı kimyəvi və texnoloji proseslərə məruz qalmış məhsulların sağlamlıq üçün əvvəllər düşündüyü kimi təhlükəli olmadığı bildirilir.
Eksperiment zamanı 267 min avropalının qidalanma vərdişləri və onların sağlamlıqlarına necə təsir etdiyi barədə məlumatlar təhlil edilib.
Tədqiqat 11 il davam edib. Kişilər hər gün təxminən 400 qram, qadınlar isə təxminən 330 qram ultra işlənmiş qidalar istehlak edirdilər.
Eyni zamanda alimlər 11 mindən çox müxtəlif sənaye məhsulunu nəzərə alıblar.
Tədqiqat zamanı 4461 iştirakçıda xərçəng, ürək-damar xəstəlikləri və ya diabet inkişaf edib. Xərçəng riski, həqiqətən, işlənmiş qida istehlak edənlər arasında 9% daha çoxdur. Xüsusilə zərərli olanlar yağlı, ət məhsulları, souslar, ədviyyatlar və sodadır.
Ancaq bəzi məhsullar bərpa oluna bilib. Xüsusilə taxıl məhsulları, çörək, tərəvəz və ət əvəzedicilər xərçəngə səbəb olmasa da, kifayət qədər yüksək kalorilidir. Buna görə də bu məhsulların istehlakını məhdudlaşdırmaq daha yaxşıdır.
"Anlaşılan və sadə yemək ən yaxşısıdır. Dadlı, lakin sağlam yeyin".