Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda məktəbdə şagirdə işgəncə verildiyi iddia edilir - VİDEO - FOTO

Bakıda məktəbdə şagirdə işgəncə verildiyi iddia edilir - VİDEO - FOTO

Tarix: 27 Noyabr 2023 14:02

Bakının Suraxanı rayonundakı 89 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdi olan qıza ayaqyolunda işgəncə verildiyi iddia edilir.

Məktəbdə döyüldüyünü deyən uşaq müsahibəsində hadisənin cümə günü dərsdən sonra baş verdiyini iddia edib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 14 yaşlı məktəbli iddia edir ki, dərs bitdikdən sonra ayaqyoluna gedib və orada tanımadığı qadınların hücumuna məruz qalıb.

Məktəbli qız həm sinif yoldaşları, həm də müəllimləri ilə münasibətinin yaxşı olduğunu deyib.

Anası Humay Paşayeva isə bildirib ki, onun hər iki övladı 89 saylı tam orta məktəbdə oxuyur. Oğlu 8-ci, qızı isə 7-ci sinifdə ikinci növbədə təhsil alırlar. Hadisə baş verən gün Humay Paşayeva övladına zəng edib. Onun telefonuna cavab vermədiyini gördükdə isə müəllimi ilə əlaqə saxlayıb. Telefon danışığı zamanı valideyn məktəbə dəvət edilib.

Valideyn iddia edir ki, ötən ayın əvvəllində də qızını məktəbin pilləkənlərindan itələyiblər. Bununla bağlı məktəb rəhbərliyinə məlumat verib. Bu dəfə isə övladının təkcə döyülmədiyini, eyni zamanda, ona kəsici alətlə xəsarət yetrildiyini iddia edir.

Hadisə ilə bağlı xəsarət yetirildiyi iddia olunan şagirdin sinif rəhbəri Yaşar Cabbarov ilə əlaqə saxladıq. O bildirdi ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, VII sinifdə təhsil alan məktəbli qız direktor müavininə yaxınlaşaraq iki sinif yoldaşı ilə birgə 5-ci dərsdən sonra ayaqyolunda olduğunu və onlar getdikdən sonra təzyiqə məruz qaldığını iddia edib. Məktəb rəhbərliyi dərhal məsələni araşdırmağa başlayıb. Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Zərərçəkmiş məktəbli qız isə "mənim işim var" deyərək onları yola salıb. Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub və araşdırılmada iştirak edib. Evə qayıtdıqdan sonra valideyn evdən övladının gizlətdiyi kəsici alət tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda məktəbdə şagirdə işgəncə verildiyi iddia edilir VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ