Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Tbilisi-Qars dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir - Nazirlikdən ÖZƏL

Bakı-Tbilisi-Qars dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir - Nazirlikdən ÖZƏL

Tarix: 6 Noyabr 2019 12:15

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir. Bu barədə özəl olaraq Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Bakı-Tbilisi-Qars dəmir yolu Marmara tuneli vasitəsilə Asiya və Avropanı birləşdirir ki, bunu bariz nümunəsi də bu gün Çindən gələn, BTQ vasitəsilə Avropaya hərəkət edən "China Railway Express" yük qatarıdır:

"Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu yaratmaqla Asiya və Avopanı birləşdirə bildi".

Qeyd edək ki, bu gün Ankarada Çindən Avropaya BTQ vasitəsilə hərəkət edən "China Railway Express" yük qatarının qarşılanması münasibətilə təntənəli mərasim keçiriləcək.

Xatırladaq ki, ötən ilin oktyabr ayında açılan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Azərbaycan-Gürcüstan-Türkiyə hökumətləri arasında əldə edilən razılaşma əsasında həyata keçirilib. İlkin mərhələdə illik yükdaşıma 6,5 milyon ton, sərnişin daşıma isə bir milyonadək insan səviyyəsində olacaq.

Bakı-Tbilisi-Qars Azərbaycan vasitəsi ilə Çindən Avropaya malların çatdırılmasının müddətini əhəmiyyətli dərəcədə qısaldır. Bu isə marşrutu xüsusilə cəlbedici edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Tbilisi Qars dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir Nazirlikdən ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ