Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2019 12:28
Bakı. Trend:
Biz bu qədər aciz qalmışıq? Biz bu qədərmi zəifləmişik? Oqtay bəy bir hüquqmudafiəçisi kimi həmişə öz işinin öhdəsindən gəlib. Amma Oqtay bəy bir neçə gündür ağır vəziyyətdə xəstəxanada yatır və bu günlər onun müalicəsi üçün nəzərdə tutulan məbləği toplamaq üçün çətinliklər olub. Buna görə bir çox həmsoydaşımız dəstək üçün ictimaiyyətə səslənib. Çox təəssüf edirəm ki, biz Oqtay bəy üçün nəzərdə tutulan məbləği yığa bilmədik. Mən bilmirəm niyə bu yardım yığılmadı, bu qədərmi çətin oldu bir dostumuzun müalicəsinə kömək etmək?
Trend-in məlumatına görə, bunu Mehman Hüseynov "Facebook" səhifəsində yazıb.
O deyib: "Belə çıxır ki, sabah Allah eləməsin, mənim başıma bədbəxt hadisə gəlsə, ölüm ayağında olsam, ətrafımda olan dostlarım kömək etməyəcək? Bu nə dərəcədə düzgündür? Bəs, onda mənim dostlarım, əqidə yoldaşlarım, iş yoldaşlarım, partiya yoldaşlarım, mübariz yoldaşlarım, mənə sağlığımda dəstək olan yoldaşlarım nə üçündür?
Biz bu vəziyyətdə nə etməliyik? Necə etməliyik? Kimə sığınmalıyıq?".
Qeyd edək ki, Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini öz üzərinə götürüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin