Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qocalmanı sürətləndirən məhsullar: kolbasa, sosiska və...

Qocalmanı sürətləndirən məhsullar: kolbasa, sosiska və...

Tarix: 28 Noyabr 2023 04:18

Rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov "Rossiya-1" telekanalının efirində qocalma prosesini sürətləndirən məhsulların adını açıqlayıb.

Milli.Az xəbər verir ki, həkimin sözlərinə görə, rasionda əsasən tərəvəz, meyvə, qaynadılmış ət, balıq və süd məhsulları olmalıdır.

"Tərkibində artıq miqdarda şəkər, duz və zərərli yağlar olan bütün qidalar qocalma prosesini sürətləndirir. Həddindən artıq yemək və artıq kalori də bədənə təsir göstərir. Çox işlənmiş ət və sosiska da qocalmanı sürətləndirir. Ümumdünya Səhiyyə Təşkilatı 2015-ci ildə kolbasa, sosiska və donuz ətinin tərkibində kanserogen maddələr olduğunu elan edib", - həkim yekunda bildirib. (publika.az)

Milli.Az


Etiketlər:  Qocalmanı sürətləndirən məhsullar kolbasa sosiska


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ