Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2023 07:18
Qərb Ukrayna Silahlı Qüvvələrinə artilleriya mərmilərinin tədarükü ilə bağlı verdiyi vədlərə əməl etməyib və F-16 üçün pilotların hazırlanmasını ləngidir.
Sonxeber.net APA-ya istinadla xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel çıxış edib.
O vurğulayıb ki, Kiyevin aktiv hərbi əməliyyatları davam etdirməsi üçün sursat təchizatı kifayət etmir.
Pavel bildirib ki, Ukraynanı dəstəkləyən ölkələrdə qeyri-müəyyənlik artır. Nəticədə ukraynalılar məyus olacaqlar.