Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyanın rus deputatı KTMT ilə münasibətlər haqqında: Heç bir şərhim yoxdur

Paşinyanın rus deputatı KTMT ilə münasibətlər haqqında: Heç bir şərhim yoxdur

Tarix: 28 Noyabr 2023 08:40

Ermənistandakı rus icmasının kvotası ilə parlamentə daxil olan, hakim "Vətəndaş sazişi" fraksiyasının üzvü, deputat Aleksey Sandıkov KTMT ilə, habelə Rusiyadan gələn bəyanatlarla bağlı yerli media mənsubları tərəfindən sorğu suala tutulub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bununla bağlı o, jurnalistlərin hər hansı sualına cavabalamqdan imtina edib.

"Mənim heç bir şərhim yoxdur. Xarici işlər nazirliyimiz bu məsələ ilə bağlı mövqeyimizi şərh edib. Şərhim yoxdur, dostum", - deyə deputat jurnalistlərin israrlı suallarına münasibət bildirib.

Sandıkov Peskovun Ermənistanla bağlı bəyanatlarına reaksiya göstərməyib. Onun fikrincə bu məsələləri deputatlar deyil, onun Ermənistandakı həmkarları şərh etməlidir.

Rus əsilli deputat Ermənistanın KTMT ilə münasibətləri dondurmaq yolunu seçməsi ilə bağlı iddialara belə cavabı verib: "Bilmirəm, bu münasibətləri donduran və ya istiləşdirən mən deyiləm".

Milli.Az


Etiketlər:  Paşinyanın rus deputatı KTMT ilə münasibətlər haqqında Heç bir şərhim yoxdur


RƏYLƏR