Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zeytun yağının bu növləri sağlamlıq üçün təhlükəlidir

Zeytun yağının bu növləri sağlamlıq üçün təhlükəlidir

Tarix: 1 Dekabr 2023 00:45

Zeytun yağı istehlak etmək sağlamlıq üçün faydalıdır. Ancaq nəzərə almaq lazımdır ki, bütün zeytun yağlarının sağlamlıq üçün eyni faydaları yoxdur.

Milli.Az lent.az-a istinadən bildirir ki, son araşdırmalara görə, qida rasionuna zeytun yağı əlavə etmək sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. 

Tədqiqatlar göstərir ki, zeytun yağının tərkibindəki doymamış yağ turşuları ürək xəstəlikləri, piylənmə, 2-ci tip diabet, metabolik sindrom və yüksək qan təzyiqi riskini azaldır. Mütəxəssislər sızma zeytun yağının istehlakının vacibliyini vurğulayaraq, bütün növlərin eyni dərəcədə faydalı olmadığını açıqlayıblar.

11 il ərzində 12.000-dən çox iştirakçı ilə aparılan təhlillər göstərir ki, gündəlik əlavə saf zeytun yağı istehlakı ürək-damar xəstəliklərindən ölüm riskini üçdə bir azaldır. Adi zeytun yağı istifadə edərkən bu təsir müşahidə edilmir.

Zeytun yağında xroniki xəstəliklər riskini azaltmağa kömək edən antioksidanlar da var.

Alimlər zeytun yağının daha az sağlam yağların əvəzi kimi istifadə edilməsini və maksimum sağlamlıq faydası üçün gündə üç-dörd yemək qaşığından çox istifadə edilməməsini vurğulayır.

Milli.Az


Etiketlər:  Zeytun yağının bu növləri sağlamlıq üçün təhlükəlidir


RƏYLƏR