Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mişeldən Orbana cavab: Ukrayna ilə sazişimiz var

Mişeldən Orbana cavab: Ukrayna ilə sazişimiz var

Tarix: 2 Dekabr 2023 07:34

Bizim Ukrayna ilə assosiativ sazişimiz var və bu, Ukrayna ilə sıx əməkdaşlıq üçün bir çox imkanlar təqdim edir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Macarıstan Baş naziri Viktor Orbanın Ukraynanın AB üzvlüyü ilə bağlı təklifinə cavabında deyib.

"Dekabrda 27 həmkarımızla dərin müzakirələr aparacağıq ki, hansı qərarı qəbul edək", - Mişel söyləyib.

Qeyd edək ki, Macarıstan Baş naziri Viktor Orban Ukraynanın AB-yə daxil olması ilə bağlı həll təklif edib: "Avropa Birliyi üzvlüklə bağlı danışıqlara başlamaqdansa, ilk növbədə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi imzalamalıdır".


Etiketlər:  Mişeldən Orbana cavab Ukrayna ilə sazişimiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ