Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2023 07:56
Fələstin-İsrail münaqişəsinin başlamasından Qəzza zolağında 61 jurnalist həlak olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə məlumat Jurnalistlərin Müdafiə Komitəsinin saytında yer alıb.
Bu məlumatların dekabrın 1-nə aid olduğu qeyd edilir.
Həmçinin təşkilatın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında işləyən jurnalistlərin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini bəyan edib.
Bundan əvvəl 53 jurnalistin öldürüldüyü bildirilirdi.