Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Allahın "əl-Həmid" adının mənası

Allahın

Tarix: 2 Dekabr 2023 08:02

əl-Həmid sözü təriflənən, həmd edilən deməkdir. əl-Həmid olan Allah, məxluqlarının yanında həmd ediləndir. Həmd məzəmmət etməyin əksidir.

Həmd etməklə mədh etməyin fərqi
Həmd etmək yaxşılıq etdiyinə görə yaxşılıq edəni sevərək və ucaldaraq onun xeyirxahlığını bildirməkdir. Mədh etmək isə sadəcə xeyirxahlığı bildirməkdən ibarətdir.

Allahın əl-Həmid adı Qurani-Kərimdə on yeddi dəfə zikr edilir. Uca Allah buyurur:
"Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. Əgər Allahı inkar etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir (Həmid)" (ən-Nisa, 131).
Həmçinin buyurur:  
"Biz Loğmana hikmət verdik: "Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyildir, Tərifəlayiqdir (Həmid)" (Loğman, 12).
əl-Həmid olan Allah, bütün həmdlərə, təriflərə layıq olandır. O, bəndələrinə bəxş etdiyi nemətlərə görə və kamil sifətlərinə görə həmd edilir. Uca Allah, xoş gündə də, dar gündə də daima təriflənəndir. Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: "Uca Allah buyurur: "Mənim dərgahımda mömin qulum daima xeyir içindədir. Mən onun canını alarkən də o, Mənə həmd edir". (Sahihul-Cəmius-Sağir", 1910).

Milli.Az


Etiketlər:  Allahın əl Həmid adının mənası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ