Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Altın Kelebek həyacanına saatlar qaldı - Gecədə nələr olacaq?

Altın Kelebek həyacanına saatlar qaldı - Gecədə nələr olacaq?

Tarix: 3 Dekabr 2023 17:35

Türkiyədə 49-cu dəfə keçirilən ən prestijli "Altın Kelebek" mükafatları bu axşam öz sahiblərinə təqdim olunacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, kino, TV və musiqi dünyasının ulduzlarını bir araya gətirən möhtəşəm mərasim "Kanal D" və "Teve2"-də canlı yayımlanacaq. "Kanal D" saat 19.30-dan başlayaraq 1 saat ərzində mərasimi tamaşaçılarına təqdim edəcək.

Azərbaycanlı məşhurların da iştirak etdiyi gecədə təsirli şoular da nümayiş olunacaq. Həmyerlimiz Samirə Əfəndi də səhnədə qonaqları öz ifası ilə feyziyyab edəcək.

Tədbirdə həmçinin təşkilatçılar ilkə imza atacaqlar. Belə ki, bu il mərasim Dünya Əlillər Gününə təsadüf etdiyi üçün görmə və eşitmə əlilliyi olan olan şəxslər üçün ilk dəfə səsli təsvirlər və sinxron işarə dili tərcüməsi ilə "Demirören TV" kanalları, rəqəmsal media və "D-Smart"da canlı yayımlanacaq.

Milli.Az


Etiketlər:  Altın Kelebek həyacanına saatlar qaldı Gecədə nələr olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ