Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HƏMAS-ın iki yolu var: ya öləcəklər, ya da... - Qallant

HƏMAS-ın iki yolu var: ya öləcəklər, ya da... - Qallant

Tarix: 4 Dekabr 2023 23:26

Qəzza zolağında indiki intensivlikdə olan münaqişə ən azı iki ay davam edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

Onun sözlərinə görə, İsrail bir neçə ay ərzində anklavda əməliyyat keçirəcək, təmizlik işləri aparacaq və terrorçuların müqavimətini aradan qaldıracaq:

"HƏMAS-la mübarizənin yeganə yolu güc tətbiq etməkdir. HƏMAS-ın iki yolu var: tunellərdə və ya meydanda ölmək, ya da heç bir şərt olmadan təslim olmaq".

Nazir əlavə edib ki, ölkəsinin bu münaqişədə əsas məqsədi HƏMAS-ın artıq İsrailə mütəşəkkil hücumlar həyata keçirə biləcək hərbi təşkilat kimi fəaliyyət göstərməməsini təmin etməkdir.

Milli.Az


Etiketlər:  HƏMAS ın iki yolu var ya öləcəklər ya da Qallant


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ