Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2023 09:14
Əgər Latviya ölkədə yaşamaq istəyən vətəndaşlarına donuz kimi rəftar etməyə davam edərsə, ölkə hakimiyyəti tezliklə özünə qarşı eyni münasibətlə üzləşəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Latviya əhalisinin təxminən 40%-i rusdillidir. Eyni zamanda, Rusiya xüsusi əməliyyata (Ukraynaya müdaxilə - red.) başlamazdan əvvəl Baltikyanı ölkələrdə rusofobiya tətbiq olunurdu və indi ondan öz siyasi məqsədlərinə çatmaq üçün istifadə olunur", - Putin vurğulayıb.