Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniyada həyat “dayandı” - FOTO

Almaniyada həyat “dayandı” - FOTO

Tarix: 5 Dekabr 2023 15:32

Almaniyanın müxtəlif bölgələrində yağan qar həyatı da dondurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən bir çox reyslər ləğv edilib, bəzi yerlərdə məktəblər bağlanıb.

Münhen hava limanı özünün "X" hesabında verdiyi açıqlamada gecə boyu yağacağı gözlənilən yağışın və şaxtanın həddindən artıq buzlaşmaya səbəb olacağını, buna görə də yerli vaxtla saat 12:00-a qədər bütün uçuşların ləğv edildiyi bildirib.

Gündə 770-dən çox qalxıb-enmənin həyata keçirildiyi hava limanında hərəkətində fasilələr yaranan uçuşların sayının ilkin mərhələdə təxminən 330 olduğu qeyd edilib.

Bavariyanın əksər hissəsində qışın şiddətli başlaması ilə əlaqədar hava nəqliyyatında məhdudiyyətlər yaranıb və yüzlərlə sərnişin hava limanında çarəsiz qalıb. Hava limanına hətta portativ çarpayılar gətirilib.

Hündürlüyü yarımmetrə çatan qar dəmir yolu hərəkətinə də təsir edib. "Deutsche Bahn" Alman Dəmir Yolları şirkəti Bavariyadan Baden-Vürttemberq və İsveçrə istiqamətində səfərlərin təxirə salına biləcəyi barədə xəbərdarlıq edib.

Şirkət sərnişinlərdən vacib olmayan səfərlərini 6 dekabr tarixinə qədər təxirə salmağı xahiş edib.

Münhendə qar və sıfır dərəcədən aşağı olan temperatur nəqliyyatın hərəkətini iflic edib. Şəhərin tramvay xəttində fasilələr yaranıb, çox sayda qəza baş verib.

Starnberq və Mühldorf bölgələri ilə yanaşı Auqsburqda da bir çox məktəblər bağlanıb.

Almaniya Meteorologiya İdarəsi ölkənin bir çox bölgələrində buzlaşmanın ola biləcəyi barədə xəbərdarlıq edib.

Milli.Az


Etiketlər:  Almaniyada həyat dayandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ