Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 09:40
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bu gün "Qarabağ" növbəti qarşılaşmasını keçirəcək.
Trend-in məlumatına görə, UEFA Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirəcək "Qarabağ" APOEL ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisi APOEL-in stadionu “GSP Arena”da qonaq olacaq. Oyun Bakı vaxtı ilə saat 21:55-də nəzərdə tutulub.
Xatırladaq ki, adıçəkilən komandalar oktyabr ayının 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə 2:2 hesab ilə ayrılmışdılar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin