Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi

Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi

Tarix: 7 Dekabr 2023 00:06

Böyük Britaniya "Rusiyanın hərbi təchizat zəncirlərində iştirak edən və onun Ukraynaya müdaxiləsinə dəstək verən" müxtəlif ölkələrdən olan şəxslərə və qruplara qarşı 46 yeni sanksiya tətbiq edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" məlumat yayıb.

Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, sanksiya Çin, Türkiyə, Serbiya, Özbəkistan, BƏƏ-də fəaliyyət göstərən şirkətlərə tətbiq edilib.

Britaniya pilotsuz uçuş aparatların və raket hissələrinin inkişafı və istehsalı və elektron komponentlərin idxalı ilə əlaqəli 31 şəxs və təşkilata, həmçinin Rusiya neftinin ticarəti ilə məşğul olduğunu bildirdiyi BƏƏ-nin 4 şirkətinə sanksiya tətbiq etdiyini bildirib.

Belarus müdafiə təşkilatına qarşı da sanksiyalar tətbiq edilib.


Etiketlər:  Britaniya türk ölkəsinə sanksiya tətbiq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ